Ən az enerji sərf edən elektromobil bəlli oldu

14 elektrikli avtomobilin real yol şəraitində sınaqları zamanı ən az enerji sərf edən model "Hyundai IONIQ 6 SR" olub.
Avtosfer.az bakupost-a istinadən xəbər verir ki, "Bakupost"un məlumatına görə, Türkiyədə "Kayseri-Sivas" marşrutu üzrə təxminən 200 kilometrlik məsafədə keçirilən sınaqlarda avtomobillərin enerji sərfiyyatı müqayisə edilib.
Nəticələrə əsasən, "Hyundai IONIQ 6 SR" hər 100 kilometrə 13,6 kVt/saat enerji sərf edərək birinci yeri tutub. "MINI Countryman" 14,7 kVt/saat göstərici ilə ikinci, "Tesla Model Y Premium" isə 14,9 kVt/saat sərfiyyatla üçüncü olub.
Ən yüksək enerji sərfiyyatı "KGM Torres EVX" modelində qeydə alınıb. Bu avtomobil 100 kilometr məsafəyə 22 kVt/saat enerji sərf edib. "BYD Seal U EV" modelində bu göstərici 20,6 kVt/saat, "Togg T10X" modelində isə 20 kVt/saat təşkil edib.
Sınaq zamanı enerji doldurma müddətinə görə də fərqlər ortaya çıxıb. "Volkswagen ID. Buzz" 32 dəqiqəlik göstərici ilə ilk sırada qərarlaşıb. "Opel Frontera"nın enerji doldurma müddəti isə 77 dəqiqə olub.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












