Ən çox yol qət etmiş avtomobillər - FOTO

Dünyada şəxsi istifadədə olan avtomobillərin çoxu ildə heç 30 000 km qət etmir. Lakin, paralel olaraq milyonlarla km qət edən avtomobillərdə də rast gəlinir. Bəzi avtomobillər isə rekordçu hesab edilə bilər.
Avtosfer.az-ın xəbərinə görə, hazırda dünyada ən çox yol qət etrmiş avtomobil “Volvo P1800” hesab edilir. 1966-cı ilin istehslı olan maşın 2013-cü ilədək 3 milyon mil, və ya 4 827 000 km qət etmişdi. Sürücü bildirir ki, avtomobilə vaxtında texniki qulluq etdiyi üçün hələ dəs az vəziyyətdədir.
2004-cü ildə “Mercedes”in baş ofisinə bir “W115” (E 240D) gəlir. Çox köhnə olan avtomobil şirkət rəhbərliyində maraq doğurur. Məlum olur ki, afinalı sürücü 1976-cı il istehsalı olan avtomobili 1981-ci ildə alaraq taksi fəaliyyəti ilə məşğul olub. O aldığı vaxt avtomobil artıq 350 000 km qət etmişdi. Dizel mühərrikli avtomobil Yunanıstanda taksi olaraq 4 600 000 km qət edir. Yaxşı vəziyyətdə olan avtomobil bir neçə həftə çəkən yüngül təımir və bərpadan sonra “Mercedes”in Ştutqartdakı muzeyində yerini alır. Sürücüyə isə hədiyyə olaraq yeni C sinif avtomobil hədiyyə edilir.
2004-cü ildə ABŞ-da fəaliyyət göstərən Mobil şirkəti 6 silindrli BMW 325 E30 alır. Avtomobil yolu imitasiya edən stendə yerləşdirilir və gecə gündüz xüsusi diyircəklərüzərində hərəkət edir. Maşın yalnız hər 9600 kilometrdə bir dəfə texniki xidmət üçün dayandırılır. Bu minvalla avtomobil 4 ildə 1 600 000 qət edir. Sonradan ikinci əl avtomobil kimi satılan maşını alan şəxs onu cəmi 100 000 km istismar edir.
Vüqar
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










