Ən güclü “Porsche” 2026-da tanıdılacaq - FOTO

“Porsche” hər zaman olduğu kimi 992 kodlu 991 ailəsinə bir GT2RS variantı əlavə edərək ailənin ən sürətli üzvünü marka sevərlərlə görüşdürəcək.
Avtosfer.az xəbər verir ki, GT3RS hibrid vahidə və 700 at gücündən daha çox gücə malik olacaq. Autocar jurnalının xəbərinə görə 2026-da tanıdılması gözlənilən GT2RS modeli “Porsche”nin indiyə qədər istehsal etdiyi ən güclü model olacaq.
Belə ki, model, 3.8 litr həcmində və altı silindirli flat-six turbo qidalanmalı vahid hibrid texnologiyasına və “Porsche”nin 963 LMHDh adlı yarış avtomobilində istifadə olunan texnologiyalara sahib olacaq. Yayılan xəbərlərə görə hibrid və daxildən yanan mühərriklə birlikdə 700 at gücündən daha çox güc istehsal edəcək və torkda da bir əvvəlki nəsilə görə ciddi bir artım olacaq.
Qeyd edilən özəlliklərlə yanaşı avtomobil Weissach Pack ilə birlikdə daha çox xəfif olacaq özəllikləriylə seçiləcək. Eyni zamanda mənbədən verilən məlumata əsasən “Porsche” mühəndisləri, elektrik mühərrikini sürət qutusunun içinə quraşdırmaq və batareyaları arxa oturacağın arasına sıxışdırmaq istəyirlər.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?

















