Ermənistanda biabırçılıq: “Qəhrəman” polkovnikin əvəzinə başqasını basdırıblar
Avtoxəbər
7 Fevral 2021 01:25

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş, saxta "qəhrəman" adı alan erməni polkovnik Sergey Şakaryanla bağlı utancverici hadisə baş verib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun cəsədi başqa bir hərbçinin meyiti ilə səhv salınaraq dəfn edilib. Məlumata görə, müdafiə ordusunun polkovniki Sergey Şakaryanın əvəzinə Vanadzorlu (Qarakilsə - red.) mayor Arutyun Nalbandyan basdırılıb. KİV-lərdə yayılan xəbərləri Arutyun Nalbandyanın qardaşı Ovanes Nalbandyan təsdiqləyib: “Qardaşımla 25 oktyabrda əlaqəmiz kəsildi və onun haqqında heç bir məlumatımız yox idi. Maraqlandıq, müxtəlif meyitxanalara baxdıq. Herat morqunun kompüterindəki şəkilləri də bir-bir nəzərdən keçirdik. Beləcə, bir foto tapdıq və qardaşıma çox oxşatdım. İşçilərdən bu adamın kim olduğunu soruşdum. Onu polkovnik Şakaryan kimi göndərdiklərini dedilər. Başa saldım ki, bu adam mənim qardaşımdır, o necə Şakaryan ola bilər? İzah etdilər ki, meyiti bizə Şakaryan kimi təqdim ediblər və onun cəsədi Yerablurda dəfn edilib. Bu anlaşılmazlığı gördükdən sonra qarışıqlığın ola biləcəyindən şübhələnməyə başladım. İnsan Hüquqları Müdafiəsi Komitəsinə müraciət etdim. İş açdılar və məsələ asan deyildi. 4 ay sonra, təxminən 15 gün əvvəl məzarda olan həmin meyitlə DNT-lərimizin uyğun olduğu üzə çıxdı. Sən demə bu, Şakaryan yox, qardaşımın məzarıdır. Bundan əvvəl isə kobud şəkildə cavab verirdilər ki, sizə heç nə verə bilmərik. Davamlı şəkildə bizi aldadırdılar, bir gün Qarabağa, bir gün Gorusa və digər istiqamətlərə göndərirdilər”.
Məlumatda, həmçinin deyilir ki, Xankəndindən göndərilən və Şakaryana aid olduğu iddia edilən cəsədi yararkən polkovniki tanıyanlar morqa gəliblər və qısa baxışdan sonra cənazəni dəfnə göndəriblər:
“Qısası, Şakaryanın dostları masaya uzadılmış cəsədi ona oxşatdıqları üçün qərar verilib və o, polkovnik kimi dəfn edilib. Başqa sözlə, əgər kimsə həmin ofisdə meyitin Şakaryan olduğunu söyləyirsə, onun bu adama aid hər hansı bir DNT analizinin cavabını gözləmədən dəfnə göndərmə hüququ var. Bu kobud səhvdir. Yaxınımı tapmaq üçün 4 ay boyunca müxtəlif yerləri gəzdim, lakin onların kobud səhvi üzündən hələ də əzizimizi basdıra bilməmişik. Əgər bu şəkli kompüterdə görməsəydim, illərdir nə baş verdiyini bilməyəcək və itkin kimi axtaracaqdım.
Qarabağdakı Peto adlı bir adamla əlaqə saxlamışdım. O, mənə dedi ki, Harutun cəsədini tapıbmış, Şakaryanın isə yalnız cəsədinin hissələrini aşkarlaya bilib. Amma hər ikisini də morqa göndərib. Bizi aldadırdılar, bir dəfə Heratsi morqu, başqa bir dəfə Teryan, Metsamor və s. yerlərə göndərirdilər. Heç yerdə meyiti tapa bilmirdik”.
Üzləşdiyi biabırçılıqdan şikayətlənən Ovanes Nalbandyan qardaşının Şakaryanla oxşarlığının olduğunu istisna etməyib: “Ola bilsin hansısa oxşarlıqlar var imiş. Amma böyük bir yaş fərqi var. Qardaşımın 29, Şakaryanın isə təqribən 50 yaşı olub. Bundan əlavə, Şakaryanın çəkisi 150, qardaşımın isə 90 kiloqram olardı. Bu fərqləri görməli idilər. Çox ciddi səhv etdilər".
A.Nalbandyanın yaxınları bu utancverici vəziyyətə görə məsul şəxslərin cəzalandırılması üçün əllərindən gələni edəcəklərini deyirlər: “Həmin insanlar cəzalandırılmalıdır. Həm müstəntiq, həm də onu səhvən “tanıyan”, meyiti Şakaryanın cəsədi kimi göndərənlər və digərləri qanun qarşısında cavab verməlidirlər. Həmin məsul işlərdə çalışan və qarınlarını şişirdən insanlar onsuz da sonradan gedib başqa yerdə otururlar. Çox şey aydınlaşdırılmalı və bir çox məsələlər müzakirə olunmalıdır. Bu işə ciddi baxılmalıdır”.
Bu, ilk hal deyil ki, Ermənistanda baş verir. “Hraparak” nəşri də daha bir oxşar hadisə haqqında yazıb. Araqatsotn bölgəsindən olan əsgərin valideynlərinə başqa bir ölmüş əsgərin cəsədi təhvil verilibmiş. Qohumları onu dəfn etdikdən sonra həmin cəsədi axtaran insanlar ortaya çıxıb.
Oxunub : 2064
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
ŞƏRH YAZ












