Etibarnamə heç vaxt etibarlı ola bilməz - SÜRÜCÜLƏR OXUSUN

Avtomobil alan şəxs çox vaxt onu öz adına keçirmir, Etibarnamə almaqla məsələnin həll olunduğunu hesab edirlər. Amma istənilən vaxt qanuni cəhətdən onun müsadirəsi mümkündür. Bəs problem nədədir?
Avtosfer.az xəbər verir ki, bu barədə atv.az-a məlumat verən hüquqşunas Ərşad Hüseynov bildirib ki, Etibarnamə heç vaxt alqı-satqı deyil və heç vaxt da buna görə istifadə oluna bilməz. “Avtomobillərin alqı-satqısının qanunvericilikdə nəzərdə tutulan qaydası var. Buna riayət etmək lazımdır. Belə ki, avtomobili alan və satan ilk növbədə sənədlərlə birlikdə Dövlət Yol Polisi (DYP) idarəsinə yaxınlaşmalıdır. Orada avtomobil köhnə sahibinin adından çıxarılaraq yeni sahibinin adına keçirilir və bununla bağlı yeni sahibinə “Qeydiyyat Şəhadətməsi” verilir. Bu qanunla nəzərdə tutulan haldır. Avtomobil alanların istifadə etdiyi digər bir variant isə Etibarnamədir. Onun mahiyyətinə görə, avtomobil satan şəxs onu yeni sahibinə müvəqqəti olaraq verir. Yəni, onu istədiyi vax hüquqi şəkildə ala bilər. Avtomobil sahibinin banka borcu olarsa, əmlakı dövlət tərəfindən müsadirə edilərsə, yaxud da boşanarsa, əmlakı bölündüyü üçün həmin avtomobillə bağlı qərar çıxarılır, saxlanılaraq müsadirə edilir. Çünki onun avtomobil üçün verdiyi pul məhkəmə təcrübəsində yox dərəcəsindədir”.
“Bu kimi problemlə qarşılaşan şəxs ilk növbədə etibarnamə aldığı şəxsə yaxınlaşmalı, problemin həlli yolunu tapmalıdır. Yəni, əgər həmin şəxsin banka kiçik miqdarda borcu varsa, o ödənilməlidir. Yox, əgər bu böyük həcmli bir problemsə, şəxs o zaman məhkəməyə müraciət edə bilər. Amma onun prespektivi çox zəifdir”- deyə hüquqşunas qeyd edib.
Qısası, avtomobil alarkən mütləq onu öz adınıza keçirin.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










