Etibarnamə ilə maşın alanlara XƏBƏRDARLIQ

Vətəndaşların çoxu maşın alarkən onu öz adına keçirmək yerinə etibarnamə ilə əldə etməyə üstünlük verir. Bu vəziyyət isə üzərindən illər keçməsinə baxmayaraq ciddi problemlərə, hətta avtomobilin itirilməsinə səbəb ola bilər. Səbəb bunun daha asan və ucuz başa gəlməsidir. Alıcı elə düşünür ki etibarnaməni və texniki pasportu alıbsa, artıq avtomobil ona məxsusdur. Amma bu avtomobilin hüquqi olaraq satılması demək deyil.
Məsələn, avtomobilin hüquqi sahibinin hər hansı bir hüquqi müstəvidə maddi öhdəliyi yaranarsa, məhkəmə qaydasında həmin avtomobil müsadirə oluna bilər. Bu zaman əsas ziyan onu alan ikinci şəxsə dəyir.
Əsas problemlərdən biri də odur ki, əgər etibarnamə əsasında avtomobili satan şəxs dünyasını dəyişərsə həmin mülk üzərindəki hüquq onun varislərinə keçir. Yəni onun övladları, yaxud həyat yoldaşı istədiyi vaxt həmin avtomobili de-fakto sahibinin əlindən ala bilər. Avtomobil sahiblərinin əksəriyyəti də hesab edir ki, əslində etibarnamə ilə avtomobil almaq ən etibarsız üsuldur.
Xəzər TV
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












