Filmlərdəki nömrədəyişmə əməliyyatı Bakıya çatdı – Bir düymə ilə nömrə dəyişir

Bakıda bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Bir vaxtlar nömrənin üzərindəki «çip»i sıradan çıxarırdılar, maşının qabaq alın şüşəsindən disk asırdılar ki, guya bununla radara düşməyəcəklər, kamera onları çəkməyəcək. Ən son variant kimi nömrənin üzərinə qara örtük çəkməyə başlamışdılar. Ötən il Bakıda belə sürücülərdən biri «Porcshe» markalı avtomobillə saxlanılmışdı. İndi isə daha yeni üsul tapıblar.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, artıq filmlərdə gördüklərini real həyatda tətbiq edən bəzi sürücülər var. Xüsusən də Bakı şəhərində bir neçə belə sürücünün olduğu bildirilir. Onlar xüsusi vasitələrin köməyi ilə bir avtomobilə iki fərqli nömrə vururlar. Həm arxa, həm də qabaq hissədəki nömrələrdən biri həqiqi, digəri isə fərqli olur. Avtomobilin salonuna quraşdırılmış düyməni basan kimi əsl nömrə çevrilir və saxta nömrə görünür. Bununla da kobud qayda pozuntusuna yol verərərək məsuliyyətdən yayınmağa çalışırlar. Hətta saxta nömrə ilə qayda pozub sonradan əsl nömrəni üzə çıxarmağı adət ediblər.
Lakin əldə etdiyimiz məlumata görə, yol polisi son günlər bu cür əməllərə yol verən bir neçə sürücünü aşkar edə bilib. Belə ki, Yol-Patrul Xidmətinə verilmiş yeni avtomobillərdə quraşdırılan xüsusi texniki vasitələrin köməyi ilə saxta nömrə ilə avtomobil idarə edənlər dərhal aşkar olunur. Məhz həmin DYP avtomobilləri istismara veriləndən sonra belə faktların üstü açılıb. Dünən axşam saatlarında maşına iki fərqli nömrə vurduğu ehtimal edilən «Mersedes» markalı avtomobil şəhərin mərkəzində saxlanılıb.
Fərid
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var













