"Ford" 850 min avtomobili geri çağırır - Yolda qəfil dayanır

"Ford Motor" şirkəti ABŞ-də 850 300 avtomobili geri çağırır. Buna səbəb, yanacaq nasosunda nasazlıq riski ilə bağlı narahatlıqlardır.
Avtosfer.az-ın Oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) xəbər yayıb.
NHTSA-nın məktubuna əsasən, nasaz yanacaq nasosu yanacağın çəndən mühərrikə ötürülməsini azalda bilər ki, bu da mühərrikin dayanmasına və qəza riskinin artmasına səbəb ola bilər.
Qeyd olunur ki, nasazlıq yaranmazdan əvvəl sürücülər mühərrikin işində nasazlıq (atlama, titrəmə), gücün azalması və "Check Engine" xəbərdarlıq işığının yanması kimi əlamətləri müşahidə edə bilərlər. Bu nasazlıqlar xüsusilə az yanacaq səviyyəsi və ya isti hava şəraiti zamanı daha çox ehtimal olunur.
"Ford" şirkəti yaxın günlərdə pulsuz təmir tədbirləri barədə məlumat verəcək.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












