"Formula 1": Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satılıb

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Avtosfer.az-a verilən məlumata görə, bununla da 12 tribunadan 10-una yerlər tamamilə tutulub.
Ötən illərdə keçirilmiş altı yarışla müqayisədə builki Qran Pridə ilk dəfədir ki, 100-dən çox ölkədən azarkeşlər Azərbaycanı ziyarət edəcəklər. Bu rəqəm Bakıdakı yarışın tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bundan başqa, bu il ölkəyə gələcək əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatıb.
Yarış həftəsonuna 9 gün qalmış yalnız Bakcell (Azneft) və Xəzər tribunalarında məhdud sayda biletlər mövcuddur.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir











