Formula-1 üzrə Avropa Qran-Prisi

Dəyişikliklər adətən FİA-nın təqviminin ratifikasiyasına qədər edilə bilər. Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda iyulun 17-də baş tutacaq. Avtosfer.az xəbər verir ki, bu barədə autosport.com saytı yazır. Nəşr qeyd edib ki, ilkin layihəyə müvafiq olaraq, 2016-cı il üçün nəzərdən keçirilən 21 mərhələdən ibarət olan Böyük Mükafatlar təqvimini ciddi dəyişikliklər gözləyir: Malayziya və Rusiya mərhələlərinin vaxtı dəyişdiriləcək, eləcə də Azərbaycanda yarışlar üçün təqvimdə yer ayırmaq məqsədi ilə həftəlik fasiləsi olan yarışların sayı da dəyişdiriləcək. Melburnda mövsümün aprel ayının 3-də açılacağı barədə elan, artıq belə gec başlanğıc ucbatından təqvimin yetərincə sıx olacağından xəbər verir.
Avropa Qran-Prisi çərçivəsində Bakıda keçirilməsi planlaşdırılan yarışa məhz kampaniyanın ortasında yer ayrılıb. Əgər Qran-Pri Britaniya və Avstriyada, eləcə də Almaniya və Macarıstanda bir həftə fərq ilə keçirilərsə 17 iyul tarixi daha məntiqli görünür.
Hələlik ilkin layihənin təsdiqlənməsinə dair heç bir rəsmi təsdiq yoxdur, dəyişikliklər adətən FİA-nın təqviminin dekabrda ratifikasiyasına qədər edilə bilər.
Hal-hazırda gələn il üçün Formula-1 təqvimi aşağıdakı kimidir:
Aprel, 3 – Avstraliya (Albert-Park)
Aprel, 10 – Çin (Şanxay)
Aprel, 24 – Bəhreyn (Sahir)
May, 1 – Rusiya (Soçi)
May, 15 – İspaniya (Barselona)
May, 29 – Monako (Monte Karlo)
İyun, 12 – Kanada (Monreal)
İyun, 26 – Britaniya (Silverstoun)
İyul, 3 – Avstriya (Red Bull Ring)
İyul, 17 – Azərbaycan (Bakı)
İyul, 31 – Almaniya (Hokkenhaym)
Avqust, 7 – Macarıstan (Hunqarorinq)
Avqust, 28 – Belçika (Spa)
Sentyabr, 4 – İtaliya (Montsa)
Sentyabr, 18 – Sinqapur (Marina-Bey)
Sentyabr, 25 – Malayziya (Sepanq)
Oktyabr, 9 – Yaponiya (Suzuka)
Oktyabr, 23 – ABŞ (Ostin)
Oktyabr, 30 – Meksika (Mexiko)
Noyabr, 13 – Braziliya (İnterlaqos)
Noyabr, 27 – Abu-Dabi (Yas-Marina)
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










