«Formula-1»in pilotu xəstəxanada öldü

"Formula 1" yarışlarında "Marusiya" komandasının tərkibində çıxış edən fransız pilotu Jül Biyanki ötən il Yaponiya Qran-Prisi yarışında baş verən qəza zamanı aldığı ciddi xəsarətlərdən Nitse şəhər xəstəxanalarından birində dünyasını dəyişib.
"Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə idmançının Facebook fan-klub səhifəsində Biyankinin ailəsinin yerləşdirdiyi məlumatda bildirilib. "Formula 1" yarışlarında "Marusiya" komandasının tərkibində çıxış edən fransız pilotu Jül Biyanki ötən ilin oktyabrında ağır qəzaya düşmüşdü.
O vaxtdan bəri idmançı ağır vəziyyətdə xəstəxanada müalicə alırdı. Biyanki bir neçə ağır əməliyyat keçirib, lakin onun vəziyyəti yaxşılaşmayıb.
Jül Biyanki 2013-ci ildən etibarən "Formula 1" yarışlarında çıxış edib. Onun ən uğurlu çıxışı həmin ildə Monako Qran-Prisi yarışında olub. O zaman fransalı idmançı doqquzuncu yer tutub və iki xal qazana bilib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












