Fransız avtomobil nəhəngi Avropa bazarı üçün gələcək planlarını açıqladı

Fransanın avtomobil istehsalçısı "Renault Group" 2030-cu ilədək Avropa bazarında yalnız elektrikli və hibrid nəqliyyat vasitələrinin satışını həyata keçirməyi planlaşdırır.
Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, bu barədə şirkətin rəsmi mətbuat xidməti açıqlama yayıb.
Avtomobil nəhənginin gələcək fəaliyyət strategiyasına dair bəyanatında qeyd olunub ki, 2030-cu ilədək "Renault" markası elektrikləşdirilmiş avtomobillərin Avropa satışlarındakı xüsusi çəkisini 100%-ə, digər qlobal bazarlarda isə 50%-ə yüksəltməyi nəzərdə tutur.
Uyğun qiymətli avtomobillər təklif edən "Renault"ya məxsus olan "Dacia" markasında isə hibrid və elektrikli modellər ümumi satış həcminin üçdəiki hissəsini əhatə edəcək. Həmçinin şirkət 2030-cu ilədək elektrik mühərriki ilə təchiz olunmuş tamamilə yeni üç modelin təqdimatını həyata keçirməyi planlaşdırır.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












