"Galenvagen"in bahalı nömrəsini oğurlayıb pul tələb etdilər - Bakıda film kimi cinayət - VİDEO

Bakı şəhərinin mərkəzində park edilən avtomobilin nömrəsini oğurlayıblar.
Nömrənin qaytarılması üçün isə maşının sahibindən küllü miqdarda pul tələb ediblər.
Avtosfer.az xəbər verir ki, film kimi hadisə paytaxt sakini, Vəkillər Kollegiyasının üzvü Şahin Rəhimovun başına gəlib.
O deyir ki, hadisə paytaxtın Yasamal rayonunda, Şamil Əzizbəyov küçəsində baş verib.
Nömrəni oğurlayan şəxs və ya şəxslərlər tərəfindən avtomobilin üzərinə əlaqə nömrəsi də yazılıb.
Şahin Rəhimov həmin nömrə ilə vatsapp üzərindən əlaqə yaradıb. Ondan nömrənin qarşılığında xeyli məbləğdə pul tələb edilib.
Bu barədə polisə məlumat verən müsahibimiz xüsusi əməliyyat vasitəsilə nömrəsinin qaytarıldığını deyir.
Nömrəni gətirən taksi sürücüsü isə Yasamal rayon 27-ci polis bölməsinə dəvət edilib və izahatı alınıb. Hazırda bölmədə hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam edir.
Müsahibimiz vətəndaşlara diqqətli olmağı, bu kimi hallarda aldadılıb, maddi ziyana düşməməyi tövsiyə edir.
Biz də həmin nömrə ilə əlaqə saxlamağa çalışdıq. Zəng çatmadığı üçün vatsap üzərindən mesaj yazdıq. Ancaq cəhdlərimiz nəticəsiz qaldı.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











