Gəncə Avtomobil Zavodu ötən il 255 ədəd KAMAZ markalı yük avtomobili istehsal edib

Ötən il "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində əmtəəlik məhsul istehsalı artıb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq müəssisədən bildiriblər.
Bildirilib ki, "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində 2022-ci ildə əmtəəlik məhsul istehsalı 78 milyon manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 1,8 dəfə çoxdur.
"Ötən il 588 ədəd müxtəlif modeldə traktorlar, 140 URAL markalı, 255 ədəd KAMAZ markalı yük avtomobilləri istehsal edilib.
Hesabat dövründə zavodda 226 ədəd xüsusi təyinatlı qoşqu, 5 ədəd yarımqoşqu, 1 ədəd traktor qoşqusu yığılaraq təhvil verilib. Hazırda müəssisədə yığım xəttlərində işlər davam etdirilir.
2022-ci ildə "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində orta aylıq əmək haqqı 144.8 manat artaraq 737 manat, işçilərin sayı isə 12 nəfər artaraq 507 nəfər təşkil edib", - deyə məlumatda qeyd edilib.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












