“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 2 dəfə azalıb

“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi 2024-cü ili 2,711 milyon manat xalis mənfəətlə başa vurub. Avtosfer.az zavodun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə azdır. Ötən il GAZ-ın əsas əməliyyat (satışdan) gəliri 101,887 milyon manat (əvvəlki ilə nisbətən 22,3 % az), satışının maya dəyəri 90,779 milyon manat (20,8 % az), sair əməliyyat gəlirləri 821 min manat (əvvəlki il olmayıb), kommersiya xərcləri 2,963 milyon manat (4,9 % az), inzibati xərcləri 3,119 milyon manat (9 % az), sair əməliyyat xərcləri 2,458 milyon manat (14,2 % az), mənfəət vergisi ödəmələri isə 678 min manat (2,1 dəfə az) təşkil edib. Bu il yanvarın 1-nə GAZ-ın aktivləri 88,68 milyon manat olub ki, bu da illik müqayisədə 29,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 60 % artaraq 64,599 milyon manata çatıb, balans kapitalı isə 14,1 % azalaraq 24,081 milyon manata düşüb. Nizamnamə kapitalı 3,573 milyon manat olan GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Zavodun tikintisi layihəyə görə 1989-cu illdə başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında müəssisə işə düşüb və burada ilk avtomobil yığılıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












