“General Motors” avtomobil istehsalında Çin hissələrini tədricən aradan qaldırır

“General Motors” avtomobillərində istifadə olunan Çin hissələrini və materiallarını tədricən aradan qaldırmaq üçün genişmiqyaslı kampaniyaya başlayıb. Avtosfer.az-ın "Ayna.az"a istinadən məlumatına görə, şirkət 2024-cü ilin sonlarında minlərlə təchizatçı ilə əlaqə saxlayaraq, Çin komponentlərini tədricən alternativlərlə əvəz etməyi tələb edib və 2027-ci il də daxil olmaqla konkret son tarixlər müəyyən edib.
“General Motors”un qərarı ABŞ və Çin arasında pisləşən ticarət münasibətləri və şirkətin gələcək risklərdən qaçınmaq üçün öz təchizat zəncirini gücləndirmək istəyi ilə əlaqələndirilir. Ölkələr bu yaxınlarda qarşılıqlı tariflərin qismən azaldılması barədə razılığa gəlsələr də, “General Motors” kimi korporasiyalar bu razılaşmanın uzunmüddətli olacağını gözləmirlər.
Xüsusilə Şimali Amerikada istehsal olunan modellərə diqqət yetirilir. Burada “General Motors” Çin materiallarından və komponentlərindən istifadəni minimuma endirmək istəyir.
Mənbələrə görə, şirkət Çində yerləşmədikləri müddətcə digər ölkələrdən olan təchizatçılarla işləməyə hazırdır. Eyni zamanda, “General Motors” Rusiya və Venesueladan gələn resurslardan istifadə etməməyi tövsiyə etməyə davam edir.
Lakin Çin təchizatçıları ilə əlaqələri kəsmək olduqca çətin olacaq. Avtomobil Təchizatçıları Assosiasiyasının icraçı direktoru Kollin Şounun sözlərinə görə, mövcud istehsal zəncirləri son 20-30 ildir ki, mövcuddur, ona görə də onları tamamilə yenidən qurmaq "tez bir zamanda baş verməyəcək".
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










