Göyərçinlər avtomobilinizin üzərinə niyə batırır? - Alimlər qəribə səbəbi açıqladı

Yəqin ki, siz də göyərçinlərin avtomobillərin üzərinə batırdığını görmüsünüz. Bu problemdən ən çox gileylənənlər isə sözsüz ki, avtomobil shaibləridir. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, alimlər göyərçinlərin nə üçün avtomobilləri seçməsinin səbəbini araşdırıb. Aparılan araşdırmalar göyərçinlərin avtomobilləri batırmasının təsadüfi olmadığını üzə çıxarıb. Mütəxəssislərin fikrincə, bu davranış həm bioloji, həm də ətraf mühit amillərindən qaynaqlanır. Aparılan müşahidələr nəticəsində məlum olub ki, göyərçinlər parlaq səthləri və şüşələrdəki yansımanı (şüşədəki əksi) rəqib göyərçin kimi qəbul edir. Göyərçin avtomobilin üzərinə batıraraq həmin nəqliyyat vasitəsini özü üçün işarələyir. Üstəlik, isti havada avtomobilin səthindən yayılan istilik quşlar üçün cəlbedici istirahət yeri yaradır. Xüsusilə yay aylarında günəşlə qızan kapotlar göyərçinlərin dincəlməsi və ətrafı müşahidə etməsi üçün təhlükəsiz yer yaradır. Tədqiqatlar göstərir ki, nəqliyyat vasitələrinin quş yemləmə sahələri, parklar və ya meydanların yaxınlığında park edilməsi bunun ehtimalını artırır.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












