Güclü külək iki yük maşınını aşırdı - VİDEO

Paytaxt ərazisində əsən güclü külək yol qəzalarına səbəb olub. Belə hadisələrdən biri Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrliyində, Qaradağ rayonu ərazisində baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, Bolqarıstan vətəndaşı Nikolay Georgiyeviç Kurkovun idarə etdiyi ağır tonnajlı yük maşını Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman aşıb. Maşının yük hissəsi boş olduğundan, əsən güclü külək onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da yolda tıxac yaranıb. Qəzadan sonra maşının yanacaq cəni zədə gördüyü üçün ətrafa tezalışan maddə dağılıb. Buna görə hadisə yerinə Fövqəladə hallar Nazirliyinin əməkdaşları çağırılıb. Baş verəcək hadisənin qarşısını almaq üçün ehtiyat tədbirləri görülüb. Yolun əks tərəfində isə "MAN" markalı yük maşını da aşıb. Bu hadisə zamanı da xəsarət alan olmayıb. Lakin avtomobilə maddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












