Gürcüstandan maşın gətirənlər bu fotolara diqqətlə baxsın - FOTOLAR

Xəbər veridiyi kimi, Gürcüstanda güclü qasırğa küləyi daşqına səbəb olub. Avtosfer.az-ın gazeta.ru-ya istinadən istinadən məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 10-a çatıb. İtkin düşən insanların sayı getdikcə artır. Daşqının məhv etdiyi Tiflis zooparkından qaçan heyvanların tutulması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, artıq Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərərgah yaradılıb.
Avtosfer.az Gürcüstandan maşın gətirənlərin diqqətinə çatdırır ki, bu aralar qonşu ölkədən avtomobil alarkən son dərəcə ehtiyyatlı olmaq lazımdır. Çünki gürcülər adətən belə maşınları qonşu ölkələrə, xüsusən də Azərbaycana ötürürlər. Bu avtomobillər isə suya düşdüyü üçün həm tez çürüməyə məruz qalır, həm də elektrik sistemində nəmişlik yarandığı üçün qısa müddətdə avtomobilin yanması ehtimalı var.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
















