Hamilələrin diqqətinə! Avtomobillə səyahət edərkən ehtiyatlı olun – MƏSLƏHƏT

Hamiləlik dövründə problemsiz bir səyahət etmək üçün nələrə diqqət etmək lazımdır? Aile.lent.az hamiləlik zamanı səyahət etmək istəyən xanımlara təklif və məsləhətlərini verir. Analığa namizəd xanımlar üçün səyahət etməyin ən yaxşı dövrü hamiləliyin 18-24-cü həftələrdir. Çünki bu dövrlərdə uşağın düşməsi və vaxtından tez doğuş riski daha azdır. Hamilə qadınlar harasa səfər edən zaman yolda 6 saatdan çox olmamalıdırlar. Ayaq damarlarında laxta yaranmasının və ayaqda şişlərin qarşısını almaq üçün səfər zamanı saat başı və ya iki saatdan bir 15 dəqiqə piyada gəzmək lazımdır.
Doğuşa 3 ay qalmış evdən uzaqlaşmaq ona görə düzgün deyil ki, yarana biləcək yüksək təzyiq, erkən doğuş riski ehtimalında həkimə çatmaq çətin ola bilər.
Hava yolları şirkətləri hamilələrə 35-36-cı həftələrə qədər səyahət etməyə icazə verir. Uçuş firmaları isə hamiləliyi 28-ci həftədən böyük olan sərnişinləri həkim icazəsi olmadan qəbul etmir. Vaxtından əvvəl doğuş, yüksək təzyiq, qanama kimi riskli vəziyyətlər yoxdursa, uçuş səyahətində hər hansı qorxu yoxdur.
Təyyarə ilə səyahət edən zaman diqqət edilməsi vacib olan bir neçə məqam var. Hamilələrin təhlükəsizlik qapılarından keçməmələri daha düzgündür. Hərəkətsizlik səbəbindən ayaqda yaranan qan dövranı pozuntuları hamilələr üçün əsas problemlərdən biridir. Buna görə də təyyarədə hər saat başı ayağa qalxaraq 15 dəqiqə gəzmək lazımdır. Hamilə qadınlarda qansızlıq əlaməti səyahət üçün təhlükəli ola bilər. Uçuş zamanı bolluca maye qəbul etmək lazımdır ki, qan sıxlığı artırılsın və damar tıxanması riski azalsın. Yol uzunu təhlükəsizlik kəməri mütləq bağlı qalmalıdır.
Hamilə qadınlar maşınla səyahətə də fikir verməlidirlər. Maşında uzun zaman oturmaq ayaqlarda qan dövranına təsir edə, ayaq və biləklərdə şişkinliklərə səbəb ola bilər. Buna görə də uzun vaxt tələb edən səyahətlərdə hər 1,5-2 saatdan bir fasilə verərək yüngül gəzintiyə vaxt ayırmaq qan dövranını artırır. Səfər zamanı oturarkən ayaqlarınızda bəzi dartılma hərəkətləri etmək oturmanın mənfi fəsadlarını azalda bilər. Dartılma hərəkətləri üçün oturmuş vəziyyətdə ayaqlarınızı irəliyə-geriyə doğru uzadın, topuqlar mərkəz olması şərtilə ayaqlarınızı yavaşca özünüzə doğru çəkərək baldır əzələlərinizi dartın. Daha sonra ayaq biləklərinizi sağa-sola çevirin və barmaqlarınızı açıb-bağlayın. Əgər maşını özünüz sürürsünüzsə, mütləq sükanı qarnınızdan ola biləcək ən uzaq masəfədə saxlayın.
Hamilə xanımların təhlükəsizlik kəməri taxmaları da müzakirə mövzusudur. Belə qadınlar hansı nəqliyyat vasitəsilə səyahət etmələrindən asılı olmayaraq, mütləq təhlükəsizlik kəməri taxmalıdırlar. Təhlükəsizlik kəmərini bağlayarkən qarnınızın üstündən yox, altından keçirin və omba xəttində olmasına diqqət edin. Əgər təhlükəsizlik kəmərini düz qarnınızın üstündən keçən şəkildə bağlasanız, qəza vəziyyətində yaranacaq güclü təzyiq körpənin plasentadan (ciftdən) tez ayrılmasına səbəb ola bilər. Bundan başqa, təhlükəsizlik kəmərinin çiyin hissəsi düz sinənin ortasında olmalıdır. Kəmərin boyun hissədə olması təhlükəlidir.
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi











