Hansı maşın daha tez batır: avtomobil, yoxsa elektromobil?

Almaniyanın ADAC klubunun keçirdiyi növbəti test daha bir söz-söhbətə son qoyub. Avtosfer.az xəbər verir ki, bu dəfə hansı maşının daha tez suda batması test edilib. Sınaq üçün 2 ədəd eyni ildə istehsal edilmiş Citroen götürülüb. Onlardan biri benzin, digəri elektrik mühərrikli olub.
Xüsusi poliqonda keçirilən sınaq zamanı hər 2 maşın eyni sürətlə süni gölə buraxılıb. Bu zaman elektromobil daha sürətlə suyun dibinə gedib. Benzin mühərrikli avtomobillə elektromobildə suya batma fərqi 33 faiz olub.
Ümumilikdə isə 90 saniyə sonra hər 2 avtomobildə su sürücünün bağı səviyyəsinə çatıb.
Ekspertlər elektromobilin sürətlə batmasını adi fiziki qanunla izah edirlər: cismin kütləsi və sıxlığı böyük olduqda batma sürəti də artır.
Alman avtomobil jurnalistləri burada qorxulu heç nə görmürlər. Avropada qəzaların cəmi 1 faizində avtomobillər dərin su mənbəyinə (kanal, göl, dəniz, çay) düşərək batır.
Biz isə öz növbəmizdə statistikanın Azərbaycana uyğun gəlmədiyi qənaətindəyik. Elə bir həftə olmur ki, rayonlarda kanala və ya arxa düşən maşınlarla bağlı xəbər yayılmasın.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












