Harada və hansı sürətlə sürmək olar sualının cavabı - Ağlına gələni edənlər üçün

Avtoxəbər 3 Aprel 2015 18:55 Oxunub 16432
Harada və hansı sürətlə sürmək olar sualının cavabı - Ağlına gələni edənlər üçün
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hansı yolda nişan yoxdursa orada sürəti necə müəyyən etmək olar?

Avtosfer.az-a tez-tez sual verirlər ki, nəyə görə Bakının filan küçəsində sürət məhdudiyyəti nişanı yoxdur, amma orada radar var və 80 km/saat-dan yuxarı sürətlə gedənləri cəzalandırırlar? Əvvəl belə suallara xüsusi əhəmiyyət verməyərək səbrlə cavab verirdik. Amma son vaxtlar, xüsusən də Ziya Bünyadov prospekti istifadəyə veriləndən sonra orada sürət rejiminin kütləvi şəkildə pozulması ilə əlaqədar belə sualları tez-tez verirlər. Hətta bəziləri deyirlər ki, guya ki, orada sürət rejimi müəyyən olunmadığından istənilən sürətlə hərəkət etmək olar.

Bəri başdan qeyd edim ki, bu məsələnin müzakirəsinin özü bəzi sürücülərimizin hazırlıq səviyyəsinin bərbad olduğunun göstəricisidir. Ona görə də məsələyə aydınlıq gətirmək istədik.

Deməli, məsələ belədir. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsi yollarda sürət rejimini aydın şəkildə müəyyən edir. Həmin Qanuna əsasən, yaşayış məntəqələrində icazə verilən maksimal sürət 60 km/saat-dır. Ən başlıca məsələ isə odur ki, yaşayış məntəqələrində bu həddə sürət rejiminin olduğunu bildirmək üçün 3.24 “Maksimal sürətin məhdudlaşdırılması” nişanının qoyulması nəzərdə tutulmur. Buna hər hansı ehtiyac yoxdur. Hər bir sürücü yaşayış məntəqəsində sürət rejiminə dair bu qaydanı əzbər bilməlidir və ona riayət etməlidir. Sadəcə olaraq, yaşayış məntəqələrinin girişində 5.22 nişanı qoyulmaqla buradan yaşayış məntəqəsinə aid hərəkət qaydalarının qüvvəyə mindiyi bildirilməlidir.

Yaşayış məntəqəsinin ərazisindəki küçə və prospektlərdə 3.24 nişanı yalnız iki halda tətbiq oluna bilər:

1. Həmin yaşayış məntəqəsinin nisbətən təhlükəli, ensiz, yaxud müəyyən maneələr olan küçələrində (küçələrin konkret hissəsində) 60 km/saat-dan daha aşağı sürət həddi tətbiq etmək məqsədi ilə (məsələn, üzərinə “50”, “40”, “30”  və s. yazmaqla 3.24 nişanı);

2. Yaşayış məntəqəsinin ərazisindəki magistral əhəmiyyətli küçə və ya prospektdə 60 km/saat-dan daha yüksək sürət həddi müəyyən etmək üçün. Amma belə yüksək sürət həddi yalnız o küçə və prospektlərdə tətbiq edilə bilər ki, orada nə kəsib keçən yolayrıcı, nə eyni səviyyəli piyada keçidi və piyadaların yola çıxmasının ehtimal olunduğu başqa yer (məsələn, avtobus dayanacağı) olsun, nə də belə küçənin yaxınlığında yaşayış binası, məktəb, insanların çox olduğu başqa obyektlər olsun və s. Özü də belə qaydada sürət həddi ən maksimum 90 km/saat-a qədər artırıla bilər.

Beləliklə, yuxarıda göstərilən iki haldan başqa şəhərin küçələrinə 3.24 nişanı qoyula bilməz. 3.24 nişanı olmadığı halda isə hər bir sürücü bilməlidir ki, icazə verilən maksimum sürət 60 km/saat-dır.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh