Heydər Əliyev prospekti – 80 min maşın

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən ay paytaxtda nəqliyyat vasitələrinin hərəkət etdiyi küçə və prospektlərin adlarını açıqlayıb. Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı APA-ya bildirib ki, noyabr ayında orta hesablamalara görə, gün ərzində paytaxt ərazisində nəqliyyat vasitələrinin ən çox sıxlığı Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, noyabr ayında Heydər Əliyev prospektində şərq istiqamətində 82813, qərb istiqamətində isə 76216, Tbilisi prospektində cənub istiqamətində 39606, şimal istiqamətində 47537, Neftçilər prospektində şərq istiqamətində 69569, qərb istiqamətində 43519, Azadlıq prospektində cənub istiqamətində 32814, şimal istiqamətində 30527, Rəşid Behbudov küçəsində şimal istiqamətində 40876, Həsən Əliyev küçəsində şərq istiqamətində 27284, qərb istiqamətində 24690, Abbasqulu Ağa Bakıxanov küçəsində isə şərq istiqamətində 41685, qərb istiqamətində 33650 nəqliyyat vasitəsi hərəkət edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












