Heydər Əliyev prospekti bağlandı - DİQQƏT

Bu gecədən Bakının Heydər Əliyev prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir və artıq bir sıra tikinti-yenidənqurma işləri yekunlaşıb. Nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 4-nə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanıb.
Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.
“Azəryolservis” ASC təmir işlərinin nə vaxt başa çatacağını və nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətin neçə gün davam edəcəyini açıqlamayıb.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












