Hibrid və elektrik avtomobillərin idxalı artıb

Bu ilin yanvar ayında Azərbaycana 21 059,88 min ABŞ dolları dəyərində 933 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal olunub.
Avtosfer.az "vergiler.az"a istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 5 898,96 min dollar və ya 2 dəfə çox, say baxımından isə 204 ədəd və ya 17,9 faiz azdır.
Ötən ilin dekabr ayına nisbətdə isə cari ilin ilk ayında hibrid avtomobillərin idxal dəyəri 1,5 faiz, həcmi isə 9,2 faiz artıb.
Bununla bu ilin yanvar ayında dəyəri 4 937,88 min dollar təşkil edən 119 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da 2022-ci ilin eyni ayının göstəricilərindən müvafiq olaraq 9,8 dəfə və 9,1 dəfə çoxdur.
2022-ci ilin dekabr ayına nisbətdə isə bu ilin yanvarında elektromobillərin idxal dəyəri 48 faiz, həcmi isə 54,5 faiz artıb.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












