Hibrid və elektrik mühərrikli avtomobillərin qiyməti 18 faiz artacaq - AÇIQLAMA

"Hibrid və elektrik mühərrikli yeni avtomobillərə tətbiq olunan gömrük və vergi dəyişiklikləri bu avtomobillərin qiymətini təxminən 18 faiz artıracaq. Bu isə birbaşa olaraq ikinci əl avtomobil bazarına təsir göstərəcək və orada qiymət artımına yol açacaq". Avtosfer.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, son dövrlər ikinci əl avtomobil bazarında aktivlik zəifləyib:
"Bunun əsas səbəbi daha ucuz yeni avtomobillərin bazara çıxması və alıcıların əsasən birinci əl avtomobillərə yönəlməsi idi. Nəticədə ikinci əl avtomobillərin həm satışı azalır, həm də qiymətlər aşağı düşürdü. İndi isə yeni avtomobillərin bahalaşması ikinci əl bazarına marağı yenidən artıracaq".
Ekspert bildirib ki, birinci əl avtomobillərin qiymətinin yüksəlməsi ikinci əl maşınları alıcı üçün daha cəlbedici edəcək:
"Bu da ölkə daxilində mövcud avtomobillərin daha rahat satılmasına və qiymətlərinin artmasına şərait yaradacaq. Bundan əlavə, 2025-ci ildən qüvvəyə minən yeni qaydaya əsasən, 7 ildən artıq istismar olunmuş avtomobillərin idxalına tətbiq olunan aksiz vergisi benzin mühərrikli avtomobillər üçün 25 faiz, dizel mühərrikli avtomobillər üçün isə 33 faiz artırılıb. Bu isə xaricdən köhnə avtomobil gətirməyi xeyli bahalaşdırır".
Onun sözlərinə görə, nəticədə daxili bazarda artıq mövcud olan avtomobillər daha sərfəli alternativə çevrilir:
"Bu, satıcılar üçün qiymətləri qaldırmaq imkanı yaradır, alıcılar üçün isə ikinci əl avtomobillərə olan tələbi artırır. Beləliklə, yaxın aylarda ikinci əl avtomobil bazarında həm qiymətlərin, həm də satış aktivliyinin yüksəlməsi gözlənilir".
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










