“Honda” 3 fərqli modelinin önizləməsini təqdim etdi - FOTO

Yapon avtomobil istehsalçısı olan “Honda” Şanxay avtomobil sərgisi çərçivəsində 3 fərqli tam elektrik avtomobili, iki prototip və bir konsept təqdimatını həyata keçirdi. Avtosfer.az xəbər verir ki, şirkətin “e:N” seriyası altında yer alan elektromobil modellər gələcək aylarda qarşımıza çıxacaq.
İlk olaraq “e:NP2” və “e:NS2” prototipləri ilə başlayaq. Belə ki, hər iki avtomobilin son versiyaları 2024-cü ilin ilk aylarında Çində satışa çıxarılacaq. Digər “e.N SUV” adlanan konsept avtomobil isə 2024-cü ilin sonuna qədər buraxılacaq modelin konsept versiyası kimi qarşımıza çıxacaq.
Bu təqdimatlarla yanaşı markanın 2027-ci ilə qədər Çində 10 ədəd tam elektromobil modelini istehsal etmək hədəfi və 2035-ci ildən etibarən bu ölkədə yalnız tam elektrikli avtomobillər satmaq vədi üçün əhəmiyyətli addımlar atıldı. Yapon istehsalçısının hesabatlarına əsasən, “e:NP2” və “e:NS2” texnologiyaları, dizaynları və dinamikaları ilə şirkətin müştərilərinə yeni dəyər təklifi təqdim edəcək.
“Honda”, avtomobillərinin alıcılarına Honda Connect 4.0 kimi texnologiyaları ilə birlikdə olduqca komfortlu sürmə həzzi yaşadacağını bildirdi. Hər iki avtomobil də sedandan yaranmış SUV olaraq qarşımıza çıxır. Prototiplər aerodinamik sport dizaynları ilə diqqət çəkməyi bacarır.
Yeni modellərin əvvəlki ildə təqdim edilən “Honda e:NP1” və “e:NS1” ilə oxşar olduğunu söyləyə bilərik. Keçmiş modellərdən fərqli olaraq bu avtomobillərin ön və arxa hissəsində fərqli dizayn detalları var. Yeni modellərin texniki göstəriciləri isə hələ açıqlanmayıb.
“Honda e:N SUV” konseptinə nəzər salsaq bu modelin daha sadə dizayna malik olduğunu söyləyə bilərik. Konsept adi SUV avtomobilinə bənzəyir. Bu avtomobilin kütləvi istehsal versiyası şirkətin W EV platformasından istifadə edən ilk “e:N” seriyalı tam elektromobil model olacaq. Şirkət, həmçinin avtomobilin qabaqcıl texnoloji xüsusiyyətləri və təhlükəsizlik təchizatları ilə mükəmməl sürmə təcrübəsi təqdim edəcəyini bildirdi.
Nərmin Əkbər
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

















