“Honda” elektromobil istehsalını azaldacaq, hibrid avtomobillərə üstünlük verəcək

“Honda Motor” çərşənbə axşamı bildirib ki, tələbin azalması səbəbindən elektrik avtomobillərinə sərmayələri azaldır və diqqətini yeni hibrid modellərinə artan tələbatın ödənilməsinə yönəldəcək.
Avtosfer.az xəbər verir ki, yapon şirkətinin baş icraçı direktoru Toşihiro Mibe mətbuat konfransında 2030-cu maliyyə ili üçün elektromobil istehsalı və proqram təminatına planlaşdırılan investisiyanın 10 trilyon yen məbləğindən 7 trilyona (48,4 milyard dollar) qədər azaldığını bildirib.
O əlavə edib: “Mövcud bazarın enişini nəzərə alaraq, 2030-cu ildə elektrikli avtomobil satışlarının əvvəlcədən planlaşdırdığımız 30 faizdən aşağı düşəcəyini gözləyirik”. “Reuters”in xəbərinə görə, Mibe qeyd edib ki, akkumulyatorla işləyən avtomobillər həmin vaxta qədər şirkətin satışlarının təxminən 20 faizini təşkil edə bilər.
“Honda” şirkəti bildirib ki, 2030-cu ilə qədər 2,2 milyondan 2,3 milyona qədər hibrid avtomobil satmağı planlaşdırır. Şirkət bu il üçün ümumi satış hədəfini açıqlamayıb.
Yapon avtomobil istehsalçısı 2027-ci ildən başlayaraq dörd il ərzində 13 yeni nəsil hibrid modelini satışa çıxarmağı planlaşdırır. O, həmçinin onilliyin ikinci yarısında buraxılması planlaşdırılan iri modellər üçün hibrid sistemi hazırlayacaq.
“Honda” hələ də 2040-cı ilə qədər bütün yeni avtomobil satışlarını akkumulyator və yanacaq elementi ilə işləyən avtomobillərə çevirməyi planlaşdırdığını bildirib.
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? – ARAŞDIRMA
Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA












