"Honda", "Nissan" və "Toyota"da ciddi problem aşkarlandı
Avtoxəbər
27 İyun 2015 13:46

Hava yastıqlarının partlaması nəticəsində 8 nəfər həlak olub
“Honda”, “Nissan” və “Toyota” avtomobillərində hava yastıqlarının partlaması nəticəsində ümumilikdə 8 nəfərin ölməsi faktları dünyada bu yapon brendlərinə qarşı etirazlara səbəb olub. “Report” bildirir ki, son günlərin gündəmini zəbt edən hadisələrlə bağlı bu avtomobil nəhəngləri üçün hava yastığı istehsal edən Yaponiyanın “Takata” şirkətinin baş meneceri Şigeisa Takada (Shigehisa Takada) təşkil etdiyi mətbuat konfransında bütün dünyadan üzr istəyib.
Bu günə qədər hava yastığı problemləri səbəbi ilə dünya üzrə 35 mln.-dan çox avtomobil geri çağrılıb. Yaponiyanın “Nissan” və “Toyota” avtomobil istehsalçıları “Takada” hava yastıqlarına görə daha 2,86 mln. avtomobili geri çağıracaqlarını açıqlayıb.
Oxunub : 2829
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
16 Oktyabr 2026 20:57
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
16 Oktyabr 2026 19:30
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
16 Oktyabr 2026 16:48
Elektromobillər tıxacların artmasına səbəb olur?
15 Oktyabr 2026 22:13
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
ŞƏRH YAZ














