“Honda” şirkətinin illik mənfəəti 24,5 faiz azalıb

Martın 31-də başa çatmış maliyyə ilində Yaponiyanın “Honda Motor” şirkətinin xalis gəliri 24,5 faiz, əməliyyat mənfəəti isə 12,2 faiz azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Buna baxmayaraq, kompaniyanın illik gəliri 6,2 faiz artaraq 21,689 trilyon yenə çatıb. Motosiklet bölməsi maliyyə ilini 12,6 faizlik, avtomobil bölməsi isə 4,9 faizlik gəlir artımı ilə başa vurub.
“Honda” maliyyə ili ərzində 3,716 milyon avtomobil (9,6 faiz azalma) və 20,572 milyon motosiklet (9,3 faiz artım) satıb.
Avtomobil istehsalçısı aprelin 1-də başlayan cari maliyyə ilində xalis mənfəətində təxminən 70 faiz, əməliyyat mənfəətində isə 59 faiz azalma gözləyir. Kompaniya, eyni zamanda bu il təxminən 3,62 milyon avtomobil və 21,3 milyon motosiklet satmağı planlaşdırır.
“Honda” Kanadada elektrik avtomobilləri istehsalına başlama planlarını “təxminən iki il müddətinə” təxirə saldığını da açıqlayıb.
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? – ARAŞDIRMA
Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA












