"Honda" və "Nissan" əməkdaşlıq edəcək

Yaponiyanın avtomobil istehsalçıları Honda və Nissan gələcək nəsil avtomobillərdə istifadə olunacaq elektron sistemlərin və proqram təminatının hazırlanması istiqamətində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətlər proqram təminatı ilə idarə olunan avtomobillər üçün əsas elektron idarəetmə bloklarını (ECU) və müvafiq proqram təminatını birgə hazırlamağı planlaşdırır.
Razılaşmaya əsasən, birgə hazırlanacaq texnoloji arxitekturanın 2029-cu maliyyə ilindən etibarən şirkətlərin növbəti nəsil avtomobillərində tətbiqinə başlanması nəzərdə tutulur.
Əməkdaşlığın əsas məqsədləri arasında avtomobillərin proqram təminatı imkanlarını genişləndirmək, qabaqcıl sürücüyə yardım funksiyalarını inkişaf etdirmək, həmçinin yeni texnologiyaların hazırlanması zamanı xərcləri və müddəti azaltmaq yer alır.
Şirkətlər həmçinin əsas elektron idarəetmə blokları ilə yanaşı, əməliyyat sistemləri, middleware və avtomobilin idarəetmə proqram təminatının müəyyən hissələri üzrə ümumi texniki standartlar formalaşdırmağı planlaşdırırlar./Adalet.az
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? – ARAŞDIRMA
Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA












