Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən necə yayınır? - Milyonlarla manat ...

Azərbaycanda vergi sistemində şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılsa da, hələ də bəzi sahələrdə boşluqlar qalmaqdadır. Onlardan biri də hüquqi şəxslərin balansında olan nəqliyyat vasitələrinin əmlak vergisinə tam cəlb olunmaması məsələsidir. Hazırda ölkəmizdə minlərlə hüquqi şəxsin balansında müxtəlif nəqliyyat vasitələri mövcuddur. Sözügedən avtomobillərin əksəriyyəti faktiki olaraq istifadə olunur. Lakin onlardan istifadəyə görə hüquqi şəxslərdən əmlak vergisi alınmır.
Bəs, buna səbəb nədir?
Avtosfer.az xəbər verir ki, İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov "Bizim.Media"ya açıqlamasında sözügedən vəziyyətin yaranmasının əsas səbəblərini qeyd etdi:
“İlk növbədə məlumat bazalarının inteqrasiya olunmaması həmin avtomobillərə görə əmlak vergisinin alınmamasına səbəb olur. Belə ki, Dövlət Yol Polisi (DYP) sistemində olan avtomobil qeydiyyatı və alqı-satqı əməliyyatları Dövlət Vergi Xidmətinin vahid informasiya sisteminə inteqrasiya olunmayıb. Digər vacib məqam isə şəffaflığın az olmasıdır. Yəni, Vergi Xidməti yalnız təqdim edilən balans və hesabatlar əsasında informasiya əldə edir. Əgər hüquqi şəxs əsas vəsaitlərin alınmasını Vergi hesabatlarında (balansda) göstərmirsə, vergi orqanları bu avtomobildən xəbərsiz qalır. Bu isə ciddi maliyyə itkisi deməkdir. Sözügedən tendensiya nəticəsində dövlət büdcəsi hər il milyonlarla manat həcmində əmlak vergisindən məhrum olur”.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












