İçkili olduğunuzu müəyyən edən avtomobillər

Yaxın gələcəkdə avtomobillər, sürücüsü spirtli içki qəbul edərək sükan arxasına keçərsə mühərriki işə salmağı rədd edəcək. Bu texnologiya, ABŞ-da inkişaf etdirilir.
Avtosfer.az marja-ya istinadən xəbər verir ki, bunun üçün Amerikanın Yol Təhlükəsizliyi Təşkilatı, avtomobil istehsalçıları ilə birgə iş aparır.
İstehsalçılar, iki cihaz inkişaf etdirməyə çalışırlar. Bunlardan birincisi sükana montaj edilən və nəfəs analizi edə bilən bir cihaz olacaqdır.
Digər cihaz isə infraqırmızı şüa vasitəsilə qandakı alkoqol səviyyəsini müəyyən edən cihaz olacaqdır. Bu cihaz mühərriki işə salma düyməsində (start-stop) yerləşdiriləcəkdir. Hər iki cihaz, sürücü spirtli içki içmədikdə passiv sistemlər kimi çalışacaqdır. Sistem, sürücünün alkoqol qəbul etdiyini aşkar edərsə avtomobili işlətməyi rədd edəcəkdir.
Bu texnologiyanın növbəti beş il ərzində yeni avtomobillər üçün bir variant kimi təqdim edilməsi qarşıya məqsəd qoyulub. Sistemin bütün avtomobillərdə sığorta şirkətlərinin təşviqləri ilə standart vəziyyətə gətirilməsi məqsədi güdülür.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












