İki nəfərin ölümünə səbəb olan şəxsə 11 il HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şamaxı rayon sakini, 1980-cı il təvəllüdlü Zaur Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Z. Həmidov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il sentyabrın 11-də gecə saatlarında Bakı-Şamaxı yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib.Səməndər Qarayevin idarə etdiyi 10 CS 733 dövlət nömrə nişanlı “Qazel” mikroavtobusu ilə Zaur Həmidovun sürdüyü 10 FX 456 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil bir-birinə çırpılıb. Nəticədə “Qazel”də olan Gülnaz Əli qızı Bayramova və Murad Bəxtiyar oğlu Cixaidzi hadisə yerindəcə keçinib. Digər sərnişinlər isə yaralanıb.
Məlumata görə, qəzada ölənlər və yaralılar Şamaxının Mədrəsə kənd sakinləri olub. Onlar qonşu kənd olan Meysəri kəndindən yığıncaqdan gələn zaman qəza baş verib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










