İkisi bir yolda gəzən «avtoş»lar; sürdülər və həbsə düşdülər - FOTO

Xəzər rayonu ərazisində avtoxuliqanlıq edən iki nəfər həbs olunub. Avtosfer.az-ın məlumatına görə, hər iki sürücü hazırda DİN-in İnzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkir. Martın 31-də Bakı şəhər DYPİ-nin təşkilatçılığı ilə həmin şəxslərlə görüş keçirilib. Məlum olub ki, 29 yaşlı Araz Vəli oğlu Rəhimov və 22 yaşlı Nicat Əkrəm oğlu Qələndərov bir-birlərini tanımırlar. Yolda rastlaşan bu gənclər avtoxuliqanlıq etmək qərarına gəliblər. İdarə etdikləri maşınla yaşayış məskənlərində təhlükəli manevrlər etməklə yarışa çıxan gəncləri Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları saxlayıb. Onların hər ikisi işsizdir.
Araz Rəhimov Avtosfer.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, iki uşaq atasıdır. Uşaqlardan birinin 5, digərinin 3 yaşı var: «Bayram günü idi. Sürdüm. Tutub məhkəməyə apardılar. Əməlimdən peşmanam. Uşaqlarımı neçə gündür görə bilmirəm. Çox darıxıram. Bir daha belə etməyəcəm».
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













