İndi “20 yanvar” dairəsində hərəkət bu cür nizamlanır – Diqqət! - VİDEO

“20 yanvar” dairəsində işlər başa çatdıqdan sonra nəqliyyatın hərəkət istiqamətlərində dəyişikliklər edilib. Bir müddət əvvəl “20 yanvar” dairəsində başlanılan təmir işləri artıq sona çatıb. Nəqliyyat vasitələrinin sərbəst gediş-gəlişini təmin etmək və tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görülüb. Əvvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, “20 yanvar” dairəsindən daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərini davam etdirirdilər. Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı. Bunun qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib. Belə ki, “Şamaxinka” adlanan ərazidən “20 yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər. Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib və yol nişanları quraşdırılıb.
ANS TV
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












