İnək yola çıxdı, bir ailənin 5 üzvü qəzaya düşdü

«VAZ» markalı avtomobilin qəzaya uğraması nəticəsində ailənin 5 üzvü xəsarət alıb. Hadisə Bakı-Quba -Rusiya sərhədi yolunun 126-cı km- də Şabran ərazisində qeydə alınıb. Rayon sakini, 62 yaşlı Zakir Hüseynov idarə etdiyi «VAZ 2106» markalı avtomobillə Şabrandan Quba istiqamətinə hərəkətdə olarkən qəfildən avtomaşın yoldan çıxaraq aşıb. Naticədə sürücü və onun övladları- 23 yaşlı İradə, 21 yaşlı Sahilə, 25 yaşlı Yusif və 14 yaşlı Emil Hüseynovlar müxtəlif xəsarətlərlə Şabran xəstəxanasına çatdırılıblar.
Faktı araşdıran BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev qəzaya ilkin səbəb kimi nəqliyyat vasitəsinin yoluna inək çıxmasını göstərib. Fakt araşdırılır.
Şabran, Quba və Xaçmaz rayonlarında magistral yollara ev heyvanlarının çıxması nəticəsində belə qəzalar tez-tez baş verir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












