İşıqforların vaxtı dəyişdiriləcək – Yaşıl işıq çox yanır - VİDEO

İşıqforların vaxt planında dəyişiklik ediləcək. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildiriblər ki, mərkəzin 24 saat işləməsinə baxmayaraq, qış mövsümünə keçidlə əlaqədar nəzarət daha da güclənəcək. Qış aylarında qarın yağması nəzərə alınaraq işıqforların vaxtında müəyyən dəyişiklik olacaq. Çünki bəzi iri küçə və prospektlərdə işıqforun yaşıl işığı uzun müddət yanır. Qarlı havada isə maşınlar yavaş hərəkət etdikləri üçün işıqfora gec çatırlar. Bu da yaşıl işığın boş yerə yanmasına səbəb olur. Elə bunları nəzərə alaraq bir sıra dəyişiklərin olacağı gözlənilir. Daha çox nəqliyyat vasitələrinin hərəkət etdiyi küçə və prospektlərdə isə işıqforların yaşıl işığının uzun müddətli yanması planlaşdırılır. Məqsəd yarana biləcək tıxacların qarşısının alınmasıdır.
Hansı küçələrdəki işıqforlarda dəyişikliklərin olacağı barədə isə yaxın vaxtlarda məlumat veriləcək. İşıqforların vaxt planının dəyişdirilməsi ilə bağlı araşdırmalar aparılır. Hazırda siyahı hazırlanır. Siyahı məlum olduqdan sonra konkret işlərə başlanılacaq. İşlərə isə noyabr ayı ərzində başlanılacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










