İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - Bu aylarda qiymətlər ucuzlaşacaq

“Yay mövsümündə Azərbaycanda avtomobil bazarında müəyyən durğunluq müşahidə olunur. Bu dövr ərzində istər ənənəvi avtomobil bazarlarında, istərsə də salonlarda fəallığın nisbətən azalması əsasən əhalinin tətil dövründə olması ilə izah edilir“. Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Eldəniz Cəfərov “Konkret.az”a açıqlamasında səsləndirib.
Nəqliyyat eksperti bu durğunluğun müvəqqəti xarakter daşıdığını və sentyabr ayından etibarən bazarın yenidən canlanacağını proqnozlaşdırır:
“Avtomobil elə bir məhsuldur ki, onu fiziki olaraq görmədən almaq çətindir. Bu səbəbdən onlayn platformalarda elanların sayı artsa da, alıcılar yenə də birbaşa olaraq avtomobil salonlarına və bazarlara üz tuturlar. Qiymət trendlərinə gəldikdə isə, hal-hazırda mühərrik həcmi 3000 kubsantimetr və ondan yuxarı olan benzin və dizel mühərrikli avtomobillərin qiymətində təxminən 10 faiz enmə müşahidə olunur. Buna baxmayaraq, ümumi bazarda kəskin ucuzlaşma gözlənilmir”.
Mütəxəssis hesab edir ki, payız aylarında həm təklifin, həm də tələbin artması fonunda avtomobil bazarında daha yüksək fəallıq müşahidə olunacaq.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası idarə heyətinin sədri Eyyub Əliyev isə bildirir ki, son dövrlərdə ikinci əl avtomobil bazarında ciddi dəyişikliklər müşahidə olunur:
“Əvvəllər ənənəvi avtomobil bazarlarına üz tutan vətəndaşlar indi getdikcə daha çox sosial şəbəkələr və onlayn platformalar vasitəsilə avtomobil alqı-satqısına üstünlük verirlər. Artıq insanlar avtomobillərini həm almaq, həm də satmaq üçün fiziki bazarlara getmək əvəzinə internet üzərindən, hətta gecə saatlarında belə bu prosesi həyata keçirirlər. Qiymətlər isə adətən ənənəvi bazarlara nisbətən daha aşağı olur. Bu da o deməkdir ki, süni qiymət artımları aradan qalxır və bazar real qiymətlərlə tənzimlənməyə başlayır. İkinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə 35-40 faizədək enmələr qeydə alınır. Xüsusilə yaşı 8-10 ildən çox olan və mühərrik həcmi böyük olan avtomobillərin qiymətləri real bazar mexanizmi ilə formalaşır. Ekspert hesab edir ki, bu tendensiya davam edəcəyi təqdirdə, ənənəvi avtomobil bazarlarının gələcəyi sual altına düşə bilər. Artıq alıcılar vaxt sərf edib bazarda axtarış aparmaq əvəzinə, internet üzərindən sürətli və rahat şəkildə avtomobil alqı-satqısını həyata keçirirlər”.
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir








