İkinci əl avtomobil bazarında Çin markaları ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda yeni avtomobillərin qiymətində müşahidə olunan dəyişikliklər ikinci əl bazara da təsirsiz ötüşməyib.
Bəs, bu dəyişikliklər ikinci əl bazara necə təsir edir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Konkret.az-a açıqlamasında bildirib ki, son dövrlər ikinci əl bazarda qiymətlərin azalması müşahidə olunur.
Ekspertin sözlərinə görə, xüsusən də Çin istehsalı olan avtomobillərdə nəzərəçarpacaq ucuzlaşma qeydə alınıb:
“Çin şirkətləri bazara daxil olmaq üçün xüsusi qiymət siyasəti həyata keçirirlər. Keyfiyyəti yüksəldib, qiyməti aşağı salmaqla bazarda mövqelərini möhkəmləndirməyə çalışırlar. Bu da ikinci əl bazarda rəqabət mühiti yaradıb”.
Yasin Mustafayev əlavə edib ki, bəzi hallarda avtomobillər ölkəyə qeyri-leqal yollarla gətirilir və elə sifariş əsasında satışa çıxarılır:
“Belə maşınlar yolda satıldığı üçün alıcılara daha cazibədar görünür. İnsanlar da buna üstünlük verirlər”.
Ekspert qeyd edib ki, hazırda ikinci əl avtomobillərin qiymətində xeyli ucuzlaşma müşahidə olunur və bu tendensiyanın bir müddət davam edəcəyi gözlənilir. Lakin digər ölkələrin istehsal etdiyi avtomobillərdə durğunluq yaşanır, alıcılıq qabiliyyəti isə xeyli zəifdir.
“Demək olar ki, bir çox insan ikinci əl avtomobilini sataraq yeni Çin avtomobili alır. Gələcəkdə isə bazarda bahalaşma və ya ucuzlaşma dolların indeksindən asılı olaraq dəyişəcək”, – deyə ekspert vurğulayıb.
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi
Evin qarşısında maşın saxlamaq – azərbaycanlı və fransız sürücülərin oxşar səhvi - FOTO
Benzinin saxlama müddəti bu qədərdir








