İndiyədək növbədə olan imtiyazlı şəxslərdən neçəsi avtomobillə təmin edilib? - AÇIQLAMA

Ötən dövr ərzində müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan 7,8 min nəfərə avtomobil təqdim edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, son illər bu istiqamətdə tədbirlər ardıcıl xarakter alıb və qeyd edilən kateqoriyalara aid olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə isə 7,8 min avtomobil təqdim edilib. "2024-cü ildə bu təminat üçün növbədə olan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı artıq tam şəkildə yekunlaşdırılıb. Avtomobilə tibbi göstəriş veriləcək şəxslərin də avtomobillərlə təminatı həyata keçiriləcək",- qurumdan əlavə olunub.
Qeyd edək ki, müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunurlar.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












