İnsanları tüstü ilə boğub havanı korlayan sürücülərə qarşı tədbir görülməlidir - Ekoloq

Paytaxt Bakıda tez-tez bəzi avtobus və maşınlara baxanda onlardan qara tüstü çıxdığını müşahidə edirik. Bunun zəhərli olduğu və insanların sağlamlığına zərər verdiyi hər kəsə bəllidir.
Bəs insanları tüstü ilə boğub ekologiyanı korlayan avtomobillərlə bağlı hansı tədbirlər görülməlidir?
Avtosfer.az-ın məlumatına görə, "Redaktor.az"a danışan ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov qeyd etdi ki, ümumiyyətlə, bütün avtomobillər Azərbaycan qanunvericiliyinə əsasən hər iki ildən bir texniki baxışdan keçir:
"Köhnə avtomobillər isə ən azı hər il texniki baxışdan keçməlidirlər. Onların ekoloji tələblərə cavab verib-vermədiyi yoxlanılır. Bizdə ekoloji polis var. Polis istəsə, avtomobili saxlayıb onun tüstüsündən nümunə götürə bilər. Bir çox polisdə bunun üçün avadanlıqlar mövcuddur".

Müsahibimizin sözlərinə görə, hansısa bir çatışmazlıq müəyyən olunarsa, həmin avtomobilin hərəkəti dayandırılmalı və parkdan çıxarılmalıdır.
"Ümumiyyətlə, belə hallar qətiyyən yolverilməzdir və ətraf mühiti çox çirkləndirən avtomobillərin hərəkəti qanunvericiliyə də ziddir. Onların dayandırılması, saxlanılması və istifadədən çıxarılması üçün kifayət qədər hüquqi baza var və həmin hüquqi baza tətbiq olunmalıdır", - deyə o vurğuladı.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












