İşlənmiş avtomobil aldıqdan sonra bu 12 detal yoxlanmalıdır

İşlənmiş texnika hər zaman sürprizlərlə doludur. İkinci əl avtomobilin yaxşı çıxması həm də bir qədər şans məsələsidir.
Avtosfer.az rusiyalı ekspertlərə istinadla xəbər verir ki, işlənmiş avtomobil alan şəxs mütləq aşağıda qeyd edilən 12 detal və sistemi yoxlatdırmalıdır.
Bu, gələcəkdə daha çox xərcdən qurtulmağa imkan verir. Peşəkar yoxlama asqı sistemi, sükan mexanizmi və digər qovşaqlarda nasazlıqları tapmağa imkan verir.
İlk növbədə elektronika yoxlanmalıdır. Bu zaman təkcə mühərrik deyil, tormoz sisteminin də elektronikası nəzərdən keçirilməlidir.
İkinci vacib məsələ bütün istismar mayelərinin dəyişdirilməsidir. Çox vaxt satıcılar “yağ təzə dəyişib, azı 5000 km sür” desələr də, buna inanmaq olmaz. Yağdəyişmə həm də mühərrikin vəziyyətinin göstəricisidir: yağın içində metal yonqarı varsa bu aşınmadan xəbər verir. Tutqun antifriz isə soyutma sistemindəki naszlığın xəbərçisidir.
Üçüncü məsələ bütün filtrlərin (yağ, yanacaq, salon, hava) dəyişdirilməsidir.
Dördüncü məsələ tormoz sisteminin yoxlanması, lazım gəldikdə əyləc qəlibləri də disklərinin dəyişdirilməsidir.
Beşinci məsələ soyutma sisteminin, altıncı məsələ isə akkumulyatorun yoxlanmasıdır.
Yeddinci yerdə şamların, səkkizinci yerdə isə qazpaylama mexanizminin yoxlanması gəlir. Qazpaylama qayışının təzələnməsi tövsiyə olunur.
Doqquzuncu məsələ sükan mexanizmi və hərəkət hissələrinin nəzərdən keçirilməsidir. Asqıya xüsusi diqqət yetirilməlidir.
Onuncu iş kondisionerin yoxlanmasıdır.
On birinci yerdə elektrik avadanlığı və işıqlandımanın yoxlanması dayanır.
Sonuncu məsələ təkər və disklərə baxış keçirilməsidir.
Göründüyü kimi, işlənmiş avtomobil alan şəxs maşına ciddi baxış keçirməli, istismara tam yararlı vəziyyətə gətirməlidir. Bu da müəyyən vaxt və xərc tələb edir.
Vüqar
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










