İsti havada mühərrik gücdən düşür: SƏBƏB

Yay gəldikdən sonra əksər sürücülər mühərrikin gücünün azalmasından şikayətlənirlər. Maşın yaxşı sürətlənmir, mühərrik sanki taqətdən düşüb. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, yuxarıda göstərilənlər texniki nasazlıq deyil, sırf fiziki qanunlardır. 0 °C temperaturda sıxlığı 1,29 kq/kub metr olan havanın sıxlığı 35 °C-də 1,14 kq/kub metr. Bu da mühərrik üçün ciddi fərqdir – hava azaldıqca yanma kamerasına gedən oksigen də azalır.
Müasir mühərriklərdə proqram təminatı və vericilər (datçik) buna nəzarət edir. Havada oksigen azaldıqda kameraya verilən benzinin həxmi azaldılır və nəticədə kasıb yanıcı qarışıq alınır. Bu da mühərrikin gücünün azalması ilə nəticələnir.
Turbokompressorlu mühərriklər bu işin öhdəsindən daha yaxşı gəlir. Lakin turbokompressor çirkləndikdə və çox qızdıqda sistem yanacağı azaldır və adi mühərrikdəki vəziyyət yaranır.
Paralel olaraq kondisioner və elektroventilyatorun daimi işləməsi mühərrikdən əlavə güc götürür. Bu da son nəticədə yanacaq sərfinin artması və gücün azalması ilə nəticələnir.
Buna görə də yayda avtomobilin radiatoru təmiz saxlanmalı, hava filtri təzələnməlidir. Bunlar mühərrikə düşən yükü azaldır.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












