İtirilmiş və ya oğurlanmış nömrələrin dublikatı verilməlidir – Çingiz Qənizadə qanunda boşluq olduğunu deyir

Zaman-zaman avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının itirilməsi və oğurlanması ilə bağlı məlumatlarla rastlaşırıq. Bəs görəsən nömrəsi itirilmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi nə etməlidir? Müəyyən məbləğdə rüsum ödəyib alınan dövlət qeydiyyat nişanı itirildikdə və ya oğurlandıqda həmin nömrənin bərpası mümkündürmü?
Mövzu ilə bağlı sabiq deputat Çingiz Qənizadə Avtosfer.az-a açıqlamasında müəyyən müddət tətbiq edildikdən sonra itmiş nömrə nişanlarının yerinə yenisinin verilməsinin düzgün olacağını qeyd edib: “Çünki qeydiyyatdan keçmiş yüz minlərlərlə avtomobil varsa, bu baxımdan onların arasında bir neçə faizinin qeydiyyat nişanlarının itməsi ilə bağlı problem yaratmaq düzgün deyil. Əgər qanunvericilikdə itmiş qeydiyyat nişanlarının bərpası nəzərdə tutulmursa, onda qanunvericilik təkmilləşdirilməlidir. Bu baxımdan da qanunvericiliyə baxmaq lazımdır ki, belə qeydiyyat nişanları itdikdə həmin nişanların yenidən vətəndaşa verilməsi mümkün həllini tapsın.
Çingiz Qənizadə qanunlarda boşluq olduğunu, anlaşılmazlıqların da məhz bu səbəbdən yarandığını qeyd edib: “Əgər qanunlarda belə birboşluq varsa, mütləq qanunvericiliyin təkmilləşdirilməsi və itmiş qeydiyyat nişanlarının yerinə yenisi yox, məhz özü bərpa olunaraq verilməlidir. Çünki yeni qeydiyyat nişanı verildikdə, nömrələr artıq fərqli olur və ondan ötrü yeni rüsumlar verilir. Əgər itmiş nömrənin bərpası ilə bağlı həmin nömrənin təkrar verilməsinə görə çox az miqdarda rüsum alınırdısa, yeni nömrənin verilməsinə görə isə rüsum fərqi yəqin ki, daha çox olacaq. Bu baxımdan belə hesab edirəm ki, vətəndaş bir dəfə rüsum ödəyərək hansısa qeydiyyat nişanı alıb və sonradan itiribsə, bunu çox cüzi, yəni təkrar verilmənin xərci qədər ödəniş etməklə təkrar almalıdır”.
Nəzrin Sailqızı
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










