Cəbrayılda "Jiquli" minaya düşdü: bir nəfər ölüb, ikisi axtarılır
Avtoxəbər
7 Fevral 2021 22:00

Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib.
Bu barədə Avtosfer.az-a Cəbrayıl rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, məlumat əsasında aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.
Hazırda digər şəxslərin yerinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Oxunub : 2176
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
ŞƏRH YAZ












