“Jaguar Land Rover”ə edilən kiberhücum 2,5 milyard dollara başa gəlib

Hindistanın “Tata Motors” şirkətinə məxsus “Jaguar Land Rover”ə (JLR) avqust ayında edilən kiberhücum Britaniya iqtisadiyyatına 1,9 milyard funt sterlinq (2,55 milyard ABŞ dolları) ziyan vurub və ölkədəki 5 mindən çox təşkilata təsir edib.
Avtosfer.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kibermonitorinq Mərkəzinin (CMC) çərşənbə günü dərc etdiyi hesabatda deyilir.
“Bu hadisə, çox güman ki, Böyük Britaniya tarixində iqtisadi cəhətdən ən zərərli kiberhücum olub, maliyyə nəticələrinin əsas hissəsi JLR müəssisələrində və onların təchizatçılarında istehsal həcmlərinin itkisi ilə bağlıdır”, - deyə CMC hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, avtomobil istehsalçısının zavodunda istehsalın hücumdan əvvəlki səviyyəyə bərpasında gözlənilməz gecikmələr yaranarsa, itkilər daha yüksək ola bilər.
JLR şirkəti bu ayın əvvəlində hücum nəticəsində yaranan təxminən altı həftəlik dayanmadan sonra istehsalı bərpa etməyə başlayıb. Lüks sinif avtomobil istehsalçısının İngiltərədə gündə 1 minə yaxın avtomobil istehsal edən üç fabriki var.
Analitiklərin qiymətləndirmələrinə görə, istehsalın dayandırılması səbəbindən həftədə təxminən 50 milyon funt sterlinq itirən JLR şirkəti təchizatçıları dəstəkləmək üçün sentyabrın sonunda Britaniya hökumətindən 1,5 milyard funt sterlinq kredit zəmanəti alıb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












