Kamil Zeynallı bahalı siqnaldan istifadə edən sürücülərə qarşı çıxıb çağırış etdi - VİDEO

Tanınmış məşqçi Kamil Zeynallı sürücülərin avtomobillərə quraşdırdığı qeyri-qanuni siqnallara qarşı çıxaraq video çəkib və sosial şəbəkələrdə paylaşıb. Avtosfer.az bildirir ki, çoxavazlı səs siqnalları insanları, evdə yatan uşaqları, yaşlıları narahat edir. Kamil Zeynallı bu mövzuya toxunaraq sürücüləri bu mədəniyyətsiz vərdişdən yayınmağa səsləyib: "Gəlin, mədəniyyətimizi pozmayaq, qanundan kənara çıxmayaq və bu cür səs siqnallarından istifadə etməyək".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşın bu əməlini alqışlayır və o da sürücülərə bir daha xatırladır ki, çoxavazlı səs siqnallarının istifadəsi "Yol hərəkəti haqqında" qanunun 74-cü maddəsinə görə qadağandır. Bu siqnalları avtomobilinə quraşdıran sürücülər cərimələnir və siqnallar müsadirə olunur.
Sonda Vaqif Əsədov onu da qeyd edib ki, yaşayış məntəqəsində səs siqnallarından istifadə qadağandır, siqnal yalnız hər hansı bir qəza anının qarşısını almaq üçün xəbərdarlıq olaraq verilə bilər.
Aysel
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA












