Kəlbəcər polisinin 4 sahə məntəqəsi yaradılıb - FOTO - VİDEO

Kəlbəcər rayonu noyabr ayının 25-də işğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daimi dislokasiya yerlərinə qayıdıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dağların qoynunda qərar tutan bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar.
Rayonda yerləşdirilən şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirlər.
DİN rəhbərliyinin göstərişinə əsasən, polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi hissədə və xidməti otaqlarda telekommunikasiya avadanıqları quraşdırılıb.
Bundan başqa, ərazinin çətin relyefi nəzəra alınaraq post-patrul xidməti əməkdaşları avtopatrul hərəkəti üçün yüksəklik şəraitində daha yaxşı manevr imkanlarına malik “pikap” tipli avtomobillə təmin edilib.
PŞ-nin ərazi üzrə 4 sahə məntəqəsi yaradılaraq üzərlərində informasiya lövhələri quraşdırılıb. Rayonun girişində və ərazisində qurulan stasionar postlarda polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?











