Kenta Kon "Toyota Motor"un yeni prezidenti olacaq

Yaponiyanın "Toyota Motor" korporasiyasının maliyyə xidmətləri bölməsinin rəhbəri Kenta Kon dünyanın ən böyük minik avtomobili istehsalçısının yeni prezidenti olacaq.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, şirkətin mətbuata açıqlamasına görə, o, aprel ayında vəzifəsinin icrasına başlayacaq.
Korporasiyanın hazırkı prezidenti, 56 yaşlı Koji Sato direktorlar şurasının sədr müavini olacaq. Şuraya "Toyota Motor" şirkətinin qurucusunun ailəsinin nümayəndəsi Akio Toyoda sədrlik edir.
57 yaşlı Kenta Kon korporasiyaya 1991-ci ildə qoşulub və əsasən maliyyə və mühasibat uçotu ilə məşğul olub.
Hazırkı prezident Sato isə öz növbəsində istehsal məsələlərinin həllinə, hibrid nəqliyyat vasitələrinin və lüks "Lexus" xəttinin tətbiqinə diqqət yetirib. İndi o, əsasən nümayəndəlik və ictimai funksiyalara yönəlmiş direktorlar şurasının sədr müavini vəzifəsindən əlavə, istehsal şöbəsi üçün də tam məsuliyyət daşıyacaq. Bu vəzifədə Sato ölkənin əsas müəssisələrinin qərargahı olan Yaponiya Biznes Federasiyasının (Keydanren) idarə heyətinin üzvüdür və Yaponiya Avtomobil İstehsalçıları Assosiasiyasına rəhbərlik edir.
2025-ci ildə "Toyota Motor Group" dünya miqyasında rekord sayda - 11.32 milyon avtomobil satıb. Korporasiyanın satışları il ərzində 4.6% artıb. Ardıcıl olaraq altıncı ildir ki, "Toyota Motor" avtomobil satışında qlobal liderdir və ötən il 8.98 milyon avtomobil satan Almaniyanın "Volkswagen" şirkətini geridə qoyub.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












